January 20, 2014

Quandl ədədi göstərici axtarış sistemi.

Bir çox insana faydalı ola biləcək QUANDL göstərici axtarış sistemi barədə məlumat vermək istərdik.
QUANDL axtarış sisteminin çox funksional iqtisadi, maliyyə, sosial göstəricilər bazası və axtarış sistemidir. Çox sadə axtarış alqoritminə sahibdir. Məsələn " Azerbaijan GDP " kimi müxtləif söz kombinasıyaları yazıb nəticələr əldə edə bilərsiniz. (bir növ GOOGLE axtarış alqoritminə oxşayır).
Maraqlı funksiyaları :
- Ən əsası hər şey pulsuzdur;
- Python, Stata, Excel, R, MatLab və digər prqramlarla sinxronizasiya imkanı var;
- Qrafik formasında vəya zaman sırası formasında kompütrə yükləmək mümkündür;
- Rahat şəkildə göstəricinin tezliyini yəni rüblükdən (əgər varsa) illiyə vəya tərsinə dəyişmək mümkündür və s.

Zaman ərzində Azərbaycan üzrə daha çox göstəricilər yüklənəcək (hətta gələcəkdə özünüzdə göstərici yükləyə biləcəksiniz). 


Onu da xatırlatmaq istəyirik ki, bloqumuzun gələcək bütün layihləri Quandl ilə inteqrə olunacaqdır.

https://az.wikipedia.org/wiki/Quandl
https://quandl.com

April 4, 2013

Artiq Facebook Qrupumuza qoşula bilərsiniz!


Artıq Facebook səhifəmiz də fəaliyyətinə başladı.  

December 30, 2012

Korrelasiya və səbəbiyyət

KORRELYASIYA VƏ KORRELYASIYA ƏMSALI NƏDIR?
Korrelasiya dəyişənlər arasında qaşılıqlı asıllılığın mövcud olması deməkdir. Korrelyasiya əmsalı isə dəyişənlər arasında qarşılıqlı asıllığın gücünü göstərir. Yəni əgər dəyişənlər müəyyən zaman intervalında qarşılıqlı əlaqəli davranış göstərirlərsə (davranış eyni istiqamətli və əks istiqamətli ola bilər) o zaman korrelasiya mövcud olduğunu qəbul edirik. Korrelyasiya anlayışı XIX əsrin ortalarında ingilis statistikləri F.Qalton K.Pirsonun işlərində meydana çıxmışdır.Korrelyasiya” termini latın “correlationsözündən yaranmışdır, mənası qarşılıqlı asılılıq, münasibət deməkdir (ing. co-birgə, relation- münasibət).

March 24, 2012

Hörmətli İstifadəçilər,

Google Docs xidmətindən istifadə edərək, yaratdığımız ortaq paylaşım məkanından Ekonometrikaya aid müxtəlif dillərdə kitablar əldə edə bilərsiniz. Keçid aşağıda göstərilmişdir.

<< Keçid >>
Hörmətli İstifadəçilər,

"Məqalə" adıyla yeni bir bölmə açdıq. Bu bölmədə Azərbaycan iqtisadiyyatı üçün aparılan tədqiqatları görə biləcəksiniz.  Hər bir məqalə üçün şərhlərinizi, tənqidi fikir və təkliflərinizi bilmək bizim üçün dəyərli olardı.
İqtisadiyyat üzrə gənc alimimiz Fəxri Həsənov Nobel mükafatçılarının da iştirak etdiyi  "11th OxMetrics User" konfransında iştirak etmişdir.


Mövzu: "Azərbaycanda inflasiya proqnozlaşdırılması".

http://www.gwu.edu/~forcpgm/OxMetrics2012.htm