March 10, 2011

İİETİ-nin “İQTİSADİ İNKİŞAF” elmi-praktik jurnalının nəşri ilə əlaqədar məlumat


İİETİ-nin “İQTİSADİ İNKİŞAF” elmi-praktik jurnalının nəşri ilə əlaqədar məlumat



İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun təsisçisi olduğu “İQTİSADİ İNKİŞAF” elmi-praktik jurnalı nəşrini davam etdirir. Ölkəmizdə elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, eləcə də tədqiqatların intensivləşdirilməsinə və onların nəticələrindən iqtisadi siyasət qərarlarının qəbulu prosesində istifadəyə ciddi diqqət yetirilir. Bu baxımdan elmi-praktik nəşrlərin dövriliyinin təmin olunması və elmi ictimaiyyətə o cümlədən, müvafiq dövlət idarəetmə orqanlarına çatdırılması xüsusi əhəmiyyət kəsb edir.
“İqtisadi inkişaf” elmi-praktik jurnalı fəaliyyətini iqtisadiyyatın müasir tələblərinə uyğun qurur. Jurnalda təqdim edilən məqalələr sırasında iqtisadi mövzular prioritet təşkil edir. Jurnalda makroiqtisadiyyat, regionların sosial-iqtisadi inkişafı, azad iqtisadi zonalar, investisiya qoyuluşları, innovasiya, milli sahibkarlığın inkişaf etdirilməsi, beynəlxalq iqtisadi münasibətlər, qeyri-neft sektoru ilə əlaqəli materiallara daha çox üstünlük verilməsi tövsiyə olunur. Jurnalda xarici ölkələrin elmi institutlarının nümayəndələri öz aktuallığı ilə seçilən iqtisad yönümlü məqalələrlə jurnalda çıxış edə bilərlər.


Nəşrə tövsiyə olunan məqalələrdə ümumi iqtisadi inkişafa və ölkənin iqtisadi inkişaf strategiyasına dair materiallara xüsusi diqqət yetirilir.
Jurnalda dərc olunmaq üçün təqdim olunan məqalələrin strukturu aşağıdakı tələblərə cavab verməlidir:
     1. Məqalənin adı və müəllif haqqında məlumat (vəzifəsi, elmi dərəcəsi);
     2. Məqalənin giriş hissəsi;
     3. Əsas hissə;
     4. Nəticə və təkliflər;
     5. Xülasələr.
“İqtisadi inkişaf” elmi-praktik jurnalına daxil olan məqalələrin elmi ekspertlərə rəyə göndərilməsi təmin olunacaq.
Jurnalda elmi məqalələrin Azərbaycan, rus və ingilis dillərində dərc olunması, onun oxucu auditoriyasının genişlənməsinə, xarici mütəxəssislərin jurnalın nəşrində yaxından iştirak etməsinə şərait yaradacaq.
Jurnalla əlaqədar məlumatların MDB dövlətlərinin müvafiq strukturlarına və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.


İİETİ-nin “İQTİSADİ İNKİŞAF” elmi-praktik Jurnalında çap olunacaq məqalələrə qoyulan tələblər


“İQTİSADİ İNKİŞAF” elmi-praktik jurnalında dərc ediləcək materialların keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə aşağıdakı tələblərə əməl olunması vacibdir:
    1. Məqalələrin aktuallığı.
    2. Məqalələrin orijinallığı.
    3. Sistemlilik.
    4. Əsaslandırma (statistik göstəricilər, təhlil, hansısa tədqiqat üsulundan istifadə, dünya təcrübəsinə istinad, nəzəri-metodoloji əsaslandırma, mənbələrə istinad).
    5. Siyasi yanaşma olmamalı, nəticələr tövsiyə xarakteri daşımalıdır.
    6. Terminlər düzgün işlədilməlidir.
    7. Müəyyən nəticə və tövsiyələr öz praktiki əksini tapmalıdır.
    8. İstifadə olunan ədəbiyyatların siyahısı verilməlidir.
   9. Xülasələr Azərbaycan dilində olan məqalələrdə rus və ingilis, ingilis dilində olanlar - Azərbaycan və rus, rus dilində olan məqalələrdə isə Azərbaycan və ingilis dillərində 1 səhifədən artıq olmamaqla verilməlidir.
  10. Məqalələr A-4 formatda, “Times New Roman” şrifti ilə, 14 ölçüdə və interval 1,5 olmaqla, 8-12 səhifə həcmini (bəzi hallar istisna olmaqla) keçməməlidir.


“İQTİSADİ İNKİŞAF” elmi-praktik jurnalına məqalələr həm yazılı, həm də elektron formada qəbul olunur. 


İnstitutun İnternet  ünvanı: www.ier.az

No comments:

Post a Comment