October 18, 2010

Fuzzy Ekonomiks?

Fuzzy Ekonomiks?
Professor Rafiq Əliyevin müsahibəsindən sitatlar:


- Bəs elm özü bu gün hansı səviyyədədir, nəyə qadirdir?

...Eyni zamanda çəkinmədən bunu da deyirəm ki, klassik iqtisadi və neoklassik iqtisadi nəzəriyyələr iflasa uğradı. Çünki bu nəzəriyyələrin əsasında real olmayan bir postulat durur: bütün iqtisadi agentlər rasionaldır. İstehsalçı öz gəlirini, istehlakçı öz faydalılığını, istəklərini maksimallaşdırır. Qərar qəbul edənlərin motivasiyaları, sosial normaları nəzərə alınmır. Eqoistik nəzəriyyə var, Alturizm yoxdur. Yəni heç kim qonşusunu, Afrikada acıdan ölənləri fikirləşmir. Ona görə də dünya yeni iqtisadi model axtarır...


- Bir vaxt qeyri-səlis məntiq nəzəriyyəsi də dünya elmində, istehsalatda bir sıçrayış yaratdı. Bu sahə dünya elmi üçün hələ də modern sayılır, yoxsa artıq onu qabaqlayan başqa istiqamətlər yaranıb? 
http://rethink.azeriblog.com/2008/09/27/rafiqaliyev 


Resursların Məhdudluğu və Ehtİyacların Sonsuzluğu haqqında

Bugünki iqtisadi doktrin resursların məhdud, ehtiyacların isə sonsuz olduğunu qəbul edir və bu aksiom üzərində də iqtisad elmi inşa edilmişdir. Bu askiom nə dərəcədə həqiqəti əks etdirməkdədir? Həqiqətən mi resurslar məhdud, ehtiyaclar sonsuzdur? Yoxsa məqsədli bir iqtisadiyyat icad etmək üçün təklif edilmişdir? Bugünki iqtisad elminin təməli olan bu məsələ kifayət qədər müzakirə olunmamışdır. Resursların ehtiyacları ödəməkdə kifayət etməməsi gələcəkdəki ehtiyaclarını ödəmək üçün hamını ehtiyacı olan miqdardan daha çox pay almağa vadar edir. Bu vəziyyətdə resurslar daha da qıtlaşır. Zatən kifayət etməyən resurslar üzərində gələcək ehtiyacları da (bunları ehtiyacdan daha çox ehtiras hesab etmək olar) ödəmək üçün pay almaq istəyi mübarizəyə səbəb olur. Bunun nəticəsində güclü olan daha çox pay alır, gücsüz olan isə gündəlik məcburi olan ehtiyaclarını da ödəyə bilmir.

Ehtiyacların sonsuz olmasını iddia etmək dünyadakı bütün resursların bir nəfərin ehtiyacını belə ödəməkdə kifayət etməməsini iddia etməklə eynidir. Çünki bir nəfərin ehtiyacını sonsuz qəbul etmədən sayı müəyyən olan bir cəmiyyətin ehtiyacları da sonsuz ola bilməz. Bunu riyazi olaraq da sübut etmək olar. Məcmu ehtiyacı (M), dünya əhalisini (D), və bir nəfərin ehtiyacını da (N) ilə işarə edək. Bu halda toplam ehtiyac:

M = D x N

Məcmu ehtiyac sonsuz olduğuna görə bərabərliyin sağ tərəfinin də sonsuz olması lazımdır. Dünya əhalisinin sayı sonlu olduğundan bərabərlik ancaq bir nəfərin ehtiyacının sonsuz olması ilə əldə oluna bilər. Bu təqdimatlardan çıxan nəticə belədir: insanın öz ehtiyacını ödəmək məqsədilə resurslardan pay almaq üçün gücünü istifadə etməsi başqalarına haqsızlık kimi qiymətləndirilə bilməz. Əgər gücü çatırsa bir insanın və ya çox kiçik bir cəmiyyətin bütün resurslara hakim olması və digərlərini bu resurslarda məhrum etməsi onun haqqı sayılmalıdır. Göründüyü kimi bu iqtisadi doktrin güclülərə daha əvvəldən bütün resurslara sahib olma haqqını verməkdədir. Aksiomlardan tək bir nəticəyə gəlinir: istehsaldan əvvəl və sonra bütün resurslar güclülərə aiddir. Əlbətdə ki, bu nəticəni qəbul etmək düz olmaz.

Bəs görəsən həqiqətən bir nəfərin ehtiyacı sonsuzdur? Bu suala cavab verməyə çalışaq. Həyat üçün zəruri olan ehtiyaclardan başlayaq. Həyat üçün ən çox ehtiyac duyduğumuz mənbə oksigendir. Hər insanın oksigen istehlakının ağciyərlərimizlə məhdudlaşdırılmış olduğunu bilirik. Özümüzü məcbur etsək belə həyat üçün gərəkli olan oksigen miqdarını artıra bilmərik. Həyat üçün ikinci dərəcədə önəmli mənbə olan su üçün də vəziyyət fərqli deyil. Sözgəlişi gündə bir ton su içə bilmərik. Təmizlik və buna bənzər xidmətlər üçün istifadə edə biləcəyimiz su miqdarı da sonludur. Üçüncü dərəcədə önəmli olan qida ehtiyacımız da mədəmizlə məhdudlaşdırılmışdır. Mədəmizin tuta bildiyi qədər yemək yeyə bilirik. Biraz ölçünü qaçırdığımızda isə sağlamlığımıza zərər dəyməkdədir. Həddən artıq qida qəbulu inkişaf etmiş ölkələrdə ən böyük sağlamlıq problemidir. Xəstəlik dərəcəsində qida qəbulu belə normal ehtiyacdan bir-iki dəfə çox ola bilər, bundan artıq olması isə mümkün deyil. Görünən odur ki, həyat üçün gərəkli olan hava, su və qida ehtiyacı insan iradəsindən asılı olmayaraq Allah tərəfindən məhdudlaşdırılmışdır. Yəni ehtiyaclarımız məhduddur.

Həyatı asanlaşdıran, həyat səviyyəmizin yüksəlməsini təmin edən digər ehtiyaclarımız üçün də eyni məntiqi istifadə edə bilərik. Gələcəyimiz nəticə isə dəyişməyəcəkdir, geyim, kommunikasiya, elm və digər sahələr də ehtiyaclarımızın sonsuz olmadığı görüləcəkdir. Ehtiyaclar üzərində ayrı-ayrı dayanmağa gərək yoxdur. Geyim insanların ən çox istifadə etdikləri və çox fərqli duyğular daxilində istehlak etdikləri əmtəələrin önündə gəlir. Bir kişi paltarı üçün təxminən 2,5 m parça kifayət etdiyini bilirik. Bir insanın hər gün müxtəlif paltarlar geyindiyini və yüz il yaşadığını fərz edək. Bu halda ömür boyu paltar ehtiyacı 36500 sayı ilə məhduddur. Ev, avtomobil ya da kömpüteri misal kimi götürək. Bir nəfərin ev, avtomobil və kömpüter ehtiyacının sonsuz olduğunu söyləyə bilərikmi?

İndi bir neçə sual üzərində fikirləşək. Bir insan həyatı boyu hər gün fərqli paltar geyinə bilərmi? Praktik olaraq belə bir şey mümkündürmü? Geyinərsə, niyə geyinər? Bunlardan əlavə hər gün fərqli bir paltar geyinmək istəyi bir ehtiyacdanmı qaynaqlanır yoxsa ehtirasdanmı? Bir insan üçün sonsuz sayda avtomobil sahibi olmaq bir ehtiyacdırmı? Bu suallara müsbət cavab vermək mümkün deyil. İnsanın bir dəfə belə istifadə imkanı əldə etmədiyi çoxlu sayda məhsula sahib olma istəyinin bir ehtiyac olduğunu qəbul etmək ağıla və məntiqə ziddir. Ehtiyacdan əlavə belə bir ifrat istəklər olsa-olsa ehtiras adlandırıla bilər. Şübhəsiz, insan təbiətində bu növ ifrat istəklərin də yeri vardır. Ancaq bunlar ağılla tənzimlənməli və məntiqə uyğun olanlar xaricə əks etdirilməlidir. İfrat ehtirasları xaricə vurmaq ağılla tənzimlənməyən bir ruhi xəstəliyin əlamətidir. Beləliklə, ifrat qida istehlakı insan metabolizmasını (maddələr mübadiləsinin) pozduğu kimi, ehtirasların qamçıladığı ifrat istehlakın da toplumsal metabolizmanı pozduğunu söyləyə bilərik. Nəticə olaraq, ehtiyaclar sonludur, sonsuz olan ehtiraslardır.

İçində yaşadığımız dünya həyat üçün lazım olan bütün şəraiti təmin edən kifayət qədər resurs və imkanlarla təchiz edilmişdir. Həyat üçün gərəkli olan enerjini 15 milyard ildən bəri təmin edən günəşin, sonlu olsa da, sonsuza yaxın bir müddət həyatın enerji ehtiyacını təmin etməyə davam edəcək bir resurs olduğunu deyə bilərik. Su, oksigen, qida, geyim kimi təməl ehtiyaclarımız üçün gərəkli olan resurslar məhduddur. Ancaq dünya eynən canlı bir orqanizm kimi çalışaraq bu resursları yenilənir. Belə ki, məhdud resurslara qeyri-məhdud bir müddət verilir. Buxarlaşan su göydə təmizlənərək həyatın davamı üçün təkrar yerüzünə göndərilir. Tükənən oksigen yenilənir. Bugünki imkanlarla dünya nüfuzundan bir neçə dəfə çox insanın qida ehitiyacını ödəyəcək potensial mövcuddur. Qərb cəmiyyətlərində görülən ifrat qida istehlakının səbəb olduğu xəstəliklərə və dənizə tökülən və ya yandırılan qida məhsullarına baxmayaraq qida istehsalı baxımından torpağın kifayət edəcək bir resurs olduğunu söyləyə bilərik. Çaylar dənizlərə axmağa davam etdikcə su məsələsində resurs qıtlığından danışmaq məntiqsizdir. Metallar isə yenidən istehsala qaytarıla bilər.

Enerji məsələsinə gəlincə bilinən resurslar belə kifayət qədər istifadə edilmir. Bunlar arasında günəş, külək, təmiz nüvə enerjisini misal çəkmək olar. Hidrogenin yanacaq kimi istifadə edilməsi insanoğluna sonsuz enerji mənbəyi imkanı verəcəkdir.

Bütün bu gərçəklər resurslarımızın məhdud olmadığını göstərir. O qədər də iddialı olmamağa diqqət edərək ehtiyatlı şəkildə potensial resursların sonsuz, istifadə edilən resursların sonsuza yaxın deməsək də ən azından kifayət etdiyini söyləyə bilərik.

Nəticə: potensial resurslar sonsuz, istifadə edilən resurslar isə kifayət qədərdir.

Elm aksiomlar və ya hipotezislərlə yola çıxaraq nəticələr alan və ya nəticələrlə səbəblər arasında səbəb-nəticə əlaqəsi quran bir disiplindir. Buna görə də aksiomlar dəyişəndə o aksiomlara söykənərək qurulan nəzəriyyələrin də dəyişməsi təbiidir. Əldə edilən nəticələri 3 maddə şəklində yaza bilərik.

1. Resuslar kifayət qədərdir (ehtiyacların çox üstündədir)

2. Ehtiyaclar məhduddur

3. Ehtiraslar sonsuzdur

Bu aksiomlar üzərinə iqtisad elminin yenidən inşa edilməsi lazımdır.


- Dünyada bu günə kimi elmin üç inkişaf modeli olub. Hər üçünün bəşəriyyət üçün əvəzsiz xidmətləri olub. Əvvəllər, determinizm dövründə deyirdilər ki, bütün məsələlər bizə məlumdur, hər şey barədə tam informasiyamız var və hər şey məlum qanunla yazılır, necə deyərlər, qətiyyən əl yeri qoymurdular. Alimlər təbiət və cəmiyyət proseslərinin sadə bir modelini yaratmağa çalışırdılar. Əslində heç bir elm real həyatın üzərində yox, onun modeli üzərində qurulur. Dünyada elm həmin modelin reallığa yaxın olduğu qədər inkişaf edib. Sonralar kvant mexanikası, riyaziyyatda ehtimal nəzəriyyəsi meydana gəldi. Ehtimal nəzəriyyəsi dünyada olan qeyri-müəyyənliyi nəzərə almağa imkan verir. Ehtimal nəzəriyyəsi ikili Aristotel məntiqinə əsaslanır, onun real həyat proseslərindəki qeyri-müəyyənlikləri nəzərə almasına ciddi məhdudiyyətlər var. Mən həmişə belə bir misal çəkirəm: ABŞ-da qadının prezident olması ehtimalı nə qədərdir? Klassik ehtimala görə, gərək, məsələn, 43 belə nəticə qeydə alınsın ki, onun əsasında nə isə deyəsən. Tutaq ki, 43 əvvəl seçilmiş prezidentdən ikisində qadın prezident olubsa, onda deməlisən ki, 43-də iki ehtimalı var. Real həyatda isə heç vaxt belə hadisə olmayıb, lakin qadının ABŞ-da prezident olması ehtimalı qüvvədə qalır. Lütfi Zadə də bunu dedi. Başqa sözlə, nəzəriyyənin kökündə duran modeli köklü yaxşılaşdırdı, reallığa körpü saldı....


... Eynşteyn ölümündən bir neçə saat əvvəl ağzından bir söz çıxarıb: imkanlar nəzəriyyəsi. Bu, elə qeyri-səlis məntiqdir və Zadə bu imkanlar nəzəriyyəsini yaratdı. İndi Zadə bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addım da yaxınlaşmaq.

1 comment: