October 17, 2010

Ekonometrika Nədir?

Hazırda təcrübə, müşahidə və sınaqlar əsasında statistik asılılıqların öyrənilməsi sosiologiya, tibb və iqtisadiyyat və bir sıra digər elmlərin inkişafında müstəsna əhəmiyyət kəsb edir. İqtisadiyyat elmində göstəricilər arasında korrelyasiya və reqressiya təhlillərinin aparılması ekonometrika elminin yaranmasına səbəb olmuşdur.
Qədimdən insanlar yaşadığı dünyanı, eləcə də onun əhatə edən hər şeyi dərk etməyə çalışmışlar. Baş verən hadisələri müşahidə etməklə müəyyən empirik qanunauyğunluqların və asılılıqların tapılmasına nail olmuşlar. Münəccimlik elminin, xalq təbabətinin əsasları, oradakı proses və hadisələrin mahiyyətini hələ dərk edilməmişdən əvvəl uzun illərin müşahidələri əsasında formalaşmağa başlamışdır. Məsələn, «quşlar yerə yaxın uçanda zəlzələlər baş verir» , «ulduzlar çox olanda səhəri hava isti olur» və s. eləcədə əl izləri əsasında insan taleyi haqqında fikirlərin söylənilməsi, ulduz falları və digər çoxlu sayda nümunələr göstərə bilərik ki orada ilk öncə müşahidələr əsasında nəticələr cıxarılmışdır. Müqəddəs kitablarda (TÖVRAT, İNCİL və QURAN) söylənilən fikirlərin sonralar elmi araşdırmalarla əsaslandırılması, Atalar sözləri, Aforizmlər, təbiət və cəmiyyətdəki bir sıra qanunauyğunluqlar müşahidələr əsasında üzə çıxarılmışdır. Bütün bu empirik müşahidələr, qanunauyğunluqlar, kateqoriya, və anlayışların yaranmasına səbəb olaraq elmi istiqamətlərin formalaşmasına təkan vermişdir. Elmlər formalaşdıqdan sonra isə bir sıra empirik qanunauyğunluqlar elmi cəhətdən əsaslandırılmışdır. Tarixdən məlumdur ki, hamamda Arximed vannaya girdikdə çəkisinə bərabər həcimdə suyu sıxışdırıb yerə atdığını müşahidə etdikdə üç dəfə “Evrika” (yəni “Tapdım”) qışqıraraq yeni qanun kəşf etmişdir. Nyuton alma ağacının altında olarkən başına alma düşdüyünü müşahidə etdikdən sonra yerin cazibə qanununu kəşf etmişdir.

Hazırda təcrübə, müşahidə və sınaqlar əsasında statistik asılılıqların öyrənilməsi sosiologiya, tibb və iqtisadiyyat və bir sıra digər elmlərin inkişafında müstəsna əhəmiyyət kəsb edir. İqtisadiyyat elmində göstəricilər arasında korrelyasiya və reqressiya təhlillərinin aparılması ekonometrika elminin yaranmasına səbəb olmuşdur.
Ekonometrik modelləşdirmənin, o cümlədən korrelyasiya-reqressiya təhlilinin əsasında «Böyük Ədədlər Qanunu» durur. Başqa sözlə, müşahidələr və sınaqların sayı artdıqca nəticə həqiqətə bir o qədər yaxın olur. Bu mənada «Böyük Ədədlər Qanunu» ehtimal nəzəriyyəsi və riyazi statistika çərçivəsindən çıxaraq daha ümumi xarakter almış olur. “Böyük Ədədlər Qanunu”nun geniş oxucu kütləsinə aydın olması üçün onu qısa şərh edək. Tutaq ki, ideal simmetrik ölçülərə malik olan metal pul verilmişdir. Bu metal pulu atdıqda Ümumi Topluda (bəzən ümumi çoxluq, ümumi yığın və ya baş heyət kimi də işlədilir) «gerb» və digər üzünün düşməsi ehtimalı bərabər olub (buna ədalətin və həqiqətin tam bərqərar olması halı da deyə bilərik) ikidə birə bərabərdir (Konstitusiyadakı hüquq bərabərliyinə uyğun). Lakin, metal pulu praktik olaraq 10 dəfə atdıqda çox güman ki onlar bərabər sayda (5 dəfə gerb, 5 dəfə digər üz) düşməyəcəkdir (praktikada ədalətin və hüquq bərabərliyinin pozulmasına uyğun). Lakin sınaqların sayını sonsuz olaraq artırdıqda metal pulun hər iki üzünün düşməsi sayı bir-birinə yaxınlaşır və Ümumi Topludakı həqiqət üzə çıxır.
Yuxarıda qeyd etdiyimiz kimi, Atalar sözləri Böyük Ədədlər Qanununa tabe olan ekonometrik nəticələrdir. Məsələn, belə bir Atalar sözümüz var: «Yalan ayaq tutar yeriməz». Yəni insan bir-iki dəfə yalan danışmaqla başqalarını aldada (inandıra) bilər, lakin zaman keçdikcə yalanların sayı artdıqca (sınaqların və ya müşahidələrin sayının artmasına uyğun) ona inananların sayı da azalacaqdır və nəticədə həqiqət (Ümumi Topludakı) üzə çıxacaq. Başqa bir nümunə: hər bir şəxsdən soruşduqda ki, «filankəs necə adamdır?» Belə bir cavab almaq mümkündür: «Onunla yol yoldaşı olmamışam», yəni sınaqlar (müşahidələr) olmadığından və ya az olduğundan deyilən fikir həqiqətdən kənar ola bilər. Ancaq yol yoldaşı olduqda sınaqların sayı xeyli artdığından deyilən fikrin həqiqətə yaxın olması ehtimalı da artır. Belə nümunələri xeyli çoxaltmaq olar. Əslində bizim düşüncəmiz, gündəlik fəaliyyətimiz, qərar qəbul etməyimiz özümüzdən asılı olmayaraq, onu bilmədən belə Böyük Ədədlər Qanununa tabe olur. El arasında “dünyagörmüş”, “ağsaqqal”, “müdrük” sözləri tez-tez işlədilir. Bir qayda olaraq əksər hallarda, bu zözləri çox ömür sürən, həyatda bərkdən-boşdan çıxmış insanlara deyilir. İnsanlar onlardan ona görə məsləhət alırlar ki, müşahidə apararaq görürlər ki, onların məsləhətləri əksər hallarda doğru olur. Həyatda baş verən hadisələrə şurlu şəkildə yanaşan adamlar uzun illər ərzində apardıqları müşahidələr hadisələrdən doğru nəticələr çıxarmalarına kömək etmiş olur. Heç də təsadüfü olmayaraq “Zaman ən yaxşı hakimdir” müdrük kəlamı yaranmışdır. Başqa sözlə, zaman keçdikcə Böyük Ədədlər Qanununa müvafiq olaraq həqiqət üzə çıxır. Fəlsəfədə mövcud olan “təsadüfilər zərurət döğurur” fikri də bu deyilənlərə nümunədir. Beləliklə deyə bilərik ki, insanların düşüncə tərzi, fəaliyyəti və qərar qəbul etmə prosesi ekonometrik qanunlara tabedir.
Ekonometrika elmi böyük inkişaf mərhələlərini keçmişdir və təbii ki, bundan sonra da inkişaf etməkdə davam edəcəkdir. Ekonometrika inkişaf etmiş ölkələrin universitetlərində nəinki iqtisad yönümlü, həmçinin texniki, hüquq, tibb, sosiologiya və digər ixtisaslarda tədris edilir, dövlət idarəetmə orqanlarında praktik məsələlərin həllində, təhlil və proqnozlaşdırma geniş istifadə edilir.
Hazırda təcrübə, müşahidə və sınaqlar əsasında statistik asılılıqların öyrənilməsi sosiologiya, tibb və iqtisadiyyat və bir sıra digər elmlərin inkişafında müstəsna əhəmiyyət kəsb edir. İqtisadiyyat elmində göstəricilər arasında korrelyasiya və reqressiya təhlillərinin aparılması ekonometrika elminin yaranmasına səbəb olmuşdur.

1 comment: